Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия









Bütün video xəbərlər ...

21 may tarixində kənd təsərrüfatı təyinatlı məhsul və texnika istehsalçılarının iri regional forumu - 9-cu Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” (“CaspianAgro 2015”) sərgisi öz işinə başladı. Sərgi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təsdiqlədiyi və “Kənd Təsərrüfatı İli”nə həsr olunmuş Tədbirlər planına daxil edilmişdir və bu, sərginin tarixində mühüm hadisə olmaqla yanaşı, sərginin inkişafına müsbət təkan vermiş və tədbirə olan marağı daha da artırmışdır.

“CaspianAgro” sərgisi hər il mütəxəssislər arasında görüşlərin keçirilməsi, habelə kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından etibarlı platforma kimi özünü doğrultmuşdur. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev artıq bir neçə ildir ki, ardıcıl olaraq “CaspianAgro” sərgisini ziyarət edir və kənd təsərrüfatı sektoru üzrə yeni texnologiyalarla tanış olur. Ölkə başçısı bu il də ənənəvi olaraq “CaspianAgro” sərgisinin əsas istiqamətləri ilə tanış olmaqla yanaşı, milli stendləri ziyarət etdi.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək bildirdi ki, kənd təsərrüfatı sahəsi iqtisadiyyatın qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Bununla yanaşı, əsas diqqət ərzaq təhlükəsizliyi, rəqabətlilik və idxala yönəldilir. Bu sərgi qabaqcıl təcrübələrin öyrənilməsinə imkan verməklə yanaşı, qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətə davamlı olmasına kömək edir. Belarus Respublikasının kənd təsərrüfatı nazirinin müavini cənab Vladimir Semaşko öz çıxışında kənd təsərrüfatı sektorunun Azərbaycan iqtisadiyyatındakı artan rolunu qeyd edərək, kənd təsərrüfatı sənayesi üzrə böyük beynəlxalq layihələrin reallaşdırılmasında Belarus - Azərbaycan əlaqələrinin aktuallığını vurğuladı. “ITE Group Plc.” şirkətinin icraçı direktoru cənab Edvard Stroon isə öz çıxışında göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığını bildirdi.

Bu əlamətdar ildə “CaspianAgro 2015” sərgisi Azərbaycanda reallaşdırılmış və kənd təsərrüfatının dinamik inkişafına kömək edən aqrar islahatların nəticələrini əks etdirməklə yanaşı, ötən il ilə müqayisədə 20% artım nümayiş etdirir. Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və xarici meydançasını əhatə edən “CaspianAgro 2015” sərgisi dünyanın 21 ölkəsini təmsil edən 142 şirkəti bir arada toplayıb. Sərginin iştirakçıları arasında Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribyutorları var.

Ümumilikdə, sərgi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edir, belə ki, sərgidə maldarlıq, suvarma, irriqasiya və digər sistemlər geniş şəkildə təqdim olunar. Həmçinin, heyvan və quşların saxlanması və yemlənməsi, eləcə də kənd təsərrüfatı məhsullarının sonrakı emalı üçün ən son avadanlıqlar, yemin hazırlanması və saxlanması üçün müasir texnika, o cümlədən mikroiqlimin dəstəklənməsi, enerji istehsalı və ətraf mühitim mühafizəsi üzrə texnika nümunələri və baytarlıq preparatları, heyvan və quşların saxlanma yerlərinin tikintisi üzrə layihələrlə yanaşı, heyvandarlıq proqramları, mal-qara sürüsünün reproduksiyası üzrə metodikalar və bir sıra digər məsələlər sərgi ziyarətçilərinin diqqətini cəlb edib.

Kənd təsərrüfatı texnikalarının ekspozisiyası Bakı Ekspo Mərkəzinin daxilində, eləcə də açıq meydançada yerləşir. Burada “Klever”, “Rostselmaş” (Rusiya), “Gəncə” Avtomobil Zavodu, “Azərtexnika” (Azərbaycan), “Grand Motors” (Azərbaycan), “New Holland” (İtaliya), “Sampo” (Finlandiya), “Fliegle” (Almaniya) və “Maschio Gaspardo” (İtaliya) şirkətləri, eləcə də digər bu kimi istehsalçı və distribyutorların təklif etdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını yığan texnikanı, yer şumlayan / toxum səpən maşınları, habelə kombaynlar və bütün növ kənd təsərrüfatı işləri üçün müxtəlif təyinatlı aqreqatları görmək mümkündür.

Sərgi çərçivəsində ölkənin kənd təsərrüfatı sahəsində lider müəssisələri – "Aqro Kompleks Qəbələ", “BMS Aqro”, “Dilbor Qarabağ”, “Hilal Aqro”, “Nova Nord” və digər şirkətlər maldarlıq sahəsinin potensialını və investisiya layihələrini nümayiş etdirirlər.

Sərgiyə həsr olunmuş işgüzar proqram çərçivəsində Bakı Ekspo Mərkəzinin konfrans zalında Rusiya şirkətlərinin biznes-missiyası təşkil olunub. Biznes-missiya çərçivəsində Rusiya və Azərbaycan şirkətlərinin təqdimatı ilə yanaşı, Rusiya və Azərbaycan müəssisələri üçün biznes əlaqələrinin birjası təşkil olunmuşdur.

Fəaliyyətə başladığı ilk gündən etibarən, “CaspianAgro” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəyərli dəstək alır. Həmçinin, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq agentlər şəbəkəsi çıxış edirlər.





QEYDİYYAT SPONSORU
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
VALYUTA MƏZƏNNƏSİ
  07/12/2019 08/12/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Agro is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek