Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

22.05.2015 17:48

Biz iqlim xidmətlərini təklif edirik

Roberto Qrandi, “Tecnoclima” (İtaliya) şirkətində ixrac departamentinin mütəxəssisi

- İtaliyanın “Tecnoclima S.p.A” şirkəti artıq 40 ildən çoxdur ki, bazarda iqlim xidmətləri göstərən Avropanın lider şirkətləri arasında birinci yeri tutur və havanın qızdırılması, havalandırma, istiliyin bərpası, qurutma və havanın kondisiyalaşdırılması üzrə avadanlıqların aparıcı təchizatçılarından biridir. Şirkətimizdə istehsal edilmiş avadanlıqlar böyük otaqları isitməklə yanaşı, həm də meyvə-tərəvəzi, yataq dəstlərini və lakla boyanmış örtükləri qurutmağa, havanı isitməyə, otaqlarda istənilən rütubət səviyyəsini qorumağa, habelə digər bu kimi funksiyaları yerinə yetirməyə imkan verir.

Biz Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” (“Caspian Agro 2015”) sərgisinin debütantlarından olsaq da, sizin ölkənizə avadanlıq satmışıq, lakin bununla belə, burada bizim birbaşa təmsilçimiz yoxdur. Buna görə də biz “Tecnoclima” şirkətinin məhsullarını Azərbaycan bazarında təqdim edəcək distribyutor tapmaq niyyətindəyik.

Qeyd etməliyəm ki, “Caspian Agro” sərgisi öz maraqlı və dolğun proqramı ilə bizi sevindirdi və biz sərginin gedişatında əmin olduq ki, bura fermer və yekun istehlakçı maraqlarının birləşdiyi platformadır. Onu da qeyd etmək lazımdır ki, təşkilatçılar sərginin hər kəs üçün maksimum səmərəli və faydalı olmasını təmin etmək məqsədi ilə əllərindən gələni əsirgəmirlər.

 

bütün xəbərlər





QEYDİYYAT SPONSORU
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2020 21/09/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Agro is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek