Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

23.05.2015 15:48

“Caspian Agro 2015”: aqrar sənayenin bütün sahələrində işgüzar əməkdaşlığın təminatı

Bu gün Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” (“Caspian Agro 2015”) sərgisinin sonuncu iş günüdür. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. Sərginin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təsdiqlədiyi “Kənd Təsərrüfatı İli”nə həsr olunmuş Tədbirlər planına daxil edilməsi isə sərgi tarixində mühüm hadisəyə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev artıq bir neçə ildir ki, ardıcıl olaraq “Caspian Agro” sərgisini ziyarət edərək kənd təsərrüfatı sektoru üzrə yeni texnologiyalarla tanış olur və bu il də cənab Prezident sərgi üzrə gəzinti zamanı kənd təsərrüfatında istifadə olunan məhsul və avadanlıqların aparıcı istehsalçı və distribyutorlarının stendləri ilə tanış oldu.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək bildirdi ki, kənd təsərrüfatı sahəsi iqtisadiyyatın qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Bununla yanaşı, əsas diqqət ərzaq təhlükəsizliyi, rəqabətlilik və idxala yönəldilir. Cənab nazir həmçinin qeyd etdi ki, “Kənd Təsərrüfatı İli” çərçivəsində qarşımıza kənd təsərrüfatı sektorunun inkişafı üzrə əsaslı dəyişiklikləri nəzərdə tutan yeni mühüm tapşırıqlar qoyulub. H. Əsədov onu da vurğuladı ki, Azərbaycanlı mütəxəssislər öz tərəfdaşları ilə birlikdə sərginin geniş imkanlarından istifadə edərək beynəlxalq əməkdaşlıq əlaqələrini inamla genişləndirirlər. Belarus Respublikası Baş nazirinin birinci müavini cənab Vladimir Semaşko öz çıxışında kənd təsərrüfatı sektorunun Azərbaycan iqtisadiyyatındakı artan rolunu qeyd edərək kənd təsərrüfatı sənayesi üzrə böyük beynəlxalq layihələrin reallaşdırılmasında Belarus - Azərbaycan əlaqələrinin aktuallığını vurğuladı. “ITE Group Plc.” şirkətinin icraçı direktoru cənab Edvard Stroon isə öz çıxışında göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığını bildirdi.

Bu il  “Caspian Agro 2015” sərgisi Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və xarici meydançasını əhatə edir. “Caspian Agro 2015” sərgisi ilə eyni vaxtda Azərbaycan Beynəlxalq “Qida sənayesi” (“World Food Azerbaijan 2015”) sərgisi keçirilir. Hər iki tədbir bir-birini tamamlayaraq sahə üzrə tematikanı əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, dünyanın 39 ölkəsini təmsil edən 293 şirkəti bir araya toplayırlar.

“Caspian Agro 2015” sərgisinin xarici iştirakçılarının fikrincə, bu forum qabaqcıl təcrübənin öyrənilməsinə imkan verməklə yanaşı, qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətə davamlı olmasına və investisiya axınının artmasına kömək edir. Ölkənin bütün guşələrindən sərgiyə gəlmiş çoxsaylı fermer və Azərbaycanın aqrar sektoru üzrə rəhbər şəxslər də bu fikri dəstəkləyirlər.

Sərgi kənd təsərrüfatı sahəsində işgüzar əlaqələrin artmasına və beynəlxalq əməkdaşlıqların möhkəmlənməsinə müsbət təsir göstərir. Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransanın kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribyutorları jurnalistlərə verdikləri müsahibələrdə bunu dəfələrlə bəyan ediblər. Burada xarici sahibkarlar Azərbaycanın kənd təsərrüfatı bazarına daxil olmaq üçün ilk addımlarını atan bir sıra yeni şirkətlə tanış oldular. Beləliklə, dünya bazarı aparıcı iştirakçıların təcrübəsi və aqrar sektordakı yeni nəslin əzmkar istəyi ilə daha da zənginləşdi.

Sərgi kənd təsərrüfatı sektorunun bütün aktual sahələrini əhatə edərək, Rusiya, Azərbaycan, İtaliya, Finlandiya, Almaniya və digər ölkələrdə istehsal edilmiş heyvandarlıq, suvarma, irriqasiya və digər sistemlərini, eləcə də kənd təsərrüfatı məhsullarını yığan texnikanı, yer şumlayan / toxum səpən maşınları, habelə kombaynları geniş və parlaq şəkildə təqdim etdi.

Sərgiyə həsr olunmuş işgüzar proqram çərçivəsində Bakı Ekspo Mərkəzinin konfrans zalında Rusiya şirkətlərinin biznes-missiyası təşkil olundu. Sözügedən biznes-missiya çərçivəsində Rusiya və Azərbaycan şirkətlərinin təqdimatı ilə yanaşı, Rusiya və Azərbaycan müəssisələri üçün biznes əlaqələrinin mübadiləsini nəzərdə tutan birja keçirildi.

“Caspian Agro” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

bütün xəbərlər





QEYDİYYAT SPONSORU
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2020 21/09/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Agro is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek