Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

27.05.2015 10:23

Azərbaycan Respublikası ilə Sumsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Ukraynanın Sumsk vilayətinin qubernatoru Nikolay Kloçkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Azərbaycan Respublikası ilə Sumsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Nazir müavini 9-cu “CaspianAgro” Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib və son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, elektron kənd təsərrüfatı sisteminin tətbiqi istiqamətində görülən işlər barədə geniş məlumat verib, Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.

İ.Quliyev Azərbaycanın dost Ukrayna ilə baytarlıq və fitosanitar sahələrində fəal əməkdaşlığını vurğulayaraq, bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Nazir müavini qeyd edib ki, taxılçılıq sahəsini inkişaf etdirmək üçün Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılır, buna görə də yüksək keyfiyyətli toxumla təminat məsələsini müzakirə etmək məqsədəuyğun olar. İ.Quliyev kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da dərinləşdirmək üçün işçi qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Nikolay Kloçko sərginin yüksək səviyyədə təşkil olunduğunu, gələn il sərgidə Ukraynadan daha çox şirkətin iştirak edəcəyini bildirib. Qonaq qeyd edib ki, Sumsk vilayəti əsasən kənd təsərrüfatı sahəsində ixtisaslaşıb. Burada kənd təsərrüfatı texnikaları istehsal olunur və Sumsk vilayəti Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlıdır.

Görüşdə kənd təsərrüfatının müxtəlif sahələri - taxılçılıq, toxumçuluq və cins mal-qara sahəsində əməkdaşlığın perspektiv imkanları müzakirə edilib.

bütün xəbərlər





QEYDİYYAT SPONSORU
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2020 21/09/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Agro is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek