Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

CaspianAgro 2016 DailyNews

CaspianAgro sərgisi on illik yubiliyeni qeyd edir

19 may tarixində Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qida məhsulları istehsalçılarının irimiqyaslı regional forumu – 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2016” sərgisi start götürdü. Bu il öz 10 illik yubileyini qeyd edən “CaspianAgro 2016” sərgisi keçirildiyi illər ərzində mütəxəssislərin illik görüş yeri olmaqla yanaşı, kənd təsərrüfatı üzrə texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından da etibarlı platforma olduğunu bir daha sübut etmişdir.

Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “CaspianAgro” sərgisinə yaxından dəstək göstərir və sərginin işində fəal iştirak edir.




Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədov və “Iteca Caspian” şirkətinin icraçı direktoru cənab Fərid Məmmədov iştirak etmişdilər.



Sərginin açılış mərasimində Belarus Respublikasının Baş Nazirinin müavini cənab Mixayıl Rusıy, Gürcüstanın kənd təsərrüfatı naziri cənab Otar Daneliya, Niderland Krallığının senatoru və xüsusi elçisi cənab Rene Van der Linden, Türkmənistan Respublikası Kənd və Su Təsərrüfatı Nazirliyinin Aqrar İslahatı və Qlobal Təcrübə şöbəsinin rəhbəri cənab Kərim Saparov və bir sıra digər qonaqlar iştirak etmişdilər.

Yubiley “Caspian Agro 2016” sərgisi dünyanın 24 ölkəsini təmsil edən 187 şirkəti bir araya toplayıb. İştirakçılar arasında Avstriya, Almaniya, İordaniya, İspaniya, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları iştirak edəcəklər. Sərgidə üç ölkə - Gürcüstan, Niderland Krallığı və İndoneziya öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu il kənd təsərrüfatı sektorunun müxtəlif sahələri üzrə məhsulların geniş çeşidlərini təqdim edən İtalyan şirkətləri böyük fəallıq göstərirlər. İştirakçıların 30%-i daha əvvəl sərgidə iştirak etməmiş şirkətlərdən ibarətdir. Sevindirici haldır ki, bu şirkətlərin yarısını ölkənin kənd təsərrüfatı bazarının inkişafı istiqamətində ilk addımlarını atan və öz məhsullarını ixrac etmək məqsədi ilə sərgidə özünə tərəfdaş axtaran yerli istehsalçılar təşkil edir. “CaspianAgro 2016” sərgisinin qeydiyyat üzrə sponsoru “Grand Motors” (Azərbaycan) şirkətidir.

Builki sərginin fərqləndirici cəhətlərindən biri də “Elektron kənd təsərrüfatı” və “Laboratoriya avadanlıqları” adlı iki tamamilə yeni sektorlar daxil olmuşdur. Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və  bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası  və s. daxildir. Kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya Bakı Ekspo Mərkəzinin həm daxilində, həm də açıq sahəsində təşkil olunacaq. Ziyarətçilər burada Gəncə Avtomobil Zavodu, “Azertexnika”, “Klever”, “Rostselmaş”, “Qomselmaş", “Aztexnika”, “Cansa”, “NewHolland”, “MaschioGaspardo”, “Horsche”, “John Deer”, “Shakalak” və digər istehsalçı və distribyutorların təqdim etdikləri müxtəlif məhsul toplayan / yer şumlayan texnikanı, eləcə də əkin maşınları və kombaynları görə biləcəklər.

Həmçinin, sərginin yubileyi münasibəti ilə bütün ziyarətçilər üçün sərginin ikinci gündə üzüm şirəsinin çəkilməsi üzrə əyləncəli müsabiqə təşkil olunacaq. Arzu edən hər kəsin iştirak edə biləcəyi və iki komanda arasında yarışdan ibarət olan bu müsabiqədə “İnadkarın ram edilməsi” adlı italyan filminin məşhur səhnəsi təkrarlanır. Müsabiqədən sonra hər bir komanda çəkdiyi şirəni özü ilə götürə bilər.

Beləliklə, “СaspianAgro 2016” sərgisi bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri, fermerlər, kənd təsərrüfatı məhsullarının distribyutorları, balıq təsərrüfatı və un istehsal edən zavodların sahibləri, habelə Azərbaycanda kənd təsərrüfatının inkişafına maraq göstərən və bu prosesdə fəal iştirak edən insanların görüş yerinə çevriləcək.Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “CEO” (“Caspian Event Organisers”) şirkəti çıxış edir.





QEYDİYYAT SPONSORU
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  07/12/2019 08/12/2019
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA



Caspian Agro is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek