Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

21.05.2016 10:28

Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı genişlənir

Bu gün Bakı Ekspo Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev Belarus Respublikasının Baş nazirinin müavini Mixail Rusıyın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazir Şahin Mustafayev Azərbaycan və Belarus arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini vurğulamış, əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırmışdır.
Belarus Respublikasının Baş nazirinin müavini Mixail Rusıy ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini qeyd etmişdir.
Görüşdə Belarus şirkətləri ilə birgə Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına, pambıq və pambıq emalı məhsullarının (pambıq ipliyi), tütünün, eləcə də bir sıra digər kənd təsərrüfatı məhsullarının Belarusa ixracına və əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdır.
Belarusun Qrodno Tütün Fabrikinin baş direktoru Yuri Çernışev fabrikin hazırda Azərbaycandan tütün idxal etdiyini və idxalı artırmaqda maraqlı olduqlarını bildirmişdir.
Belarus tərəfi müzakirə edilən məsələlər barədə təkliflərini Azərbaycan tərəfinə təqdim edəcəkdir.
Görüşdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, tütün, pambıq emalı, yüngül sənaye sahələrində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç iştirak etmişlər.

bütün xəbərlər





QEYDİYYAT SPONSORU
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/01/2020 28/01/2020
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA



Caspian Agro is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek