Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

21.05.2016 13:44

“CaspianAgro 2016”: on il ərzində əldə edilmiş ən yaxşı nailiyyət və ənənələr!

Bu gün 10-cu Azərbaycan beynəlxalq “Kənd təsərrüfatı” (“CaspianAgro 2016”) sərgisinin sonuncu iş günüdür. Burada paralel olaraq dünyanın bir sıra istehsalçıları tərəfindən qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu Azərbaycan beynəlxalq “Qida sənayesi” (“WorldFood Azerbaijan 2016”) sərgisi keçirilir. Şübhəsiz ki, bu cür peşəkar vəhdət hər iki tədbirin səmərəliliyini daha da artırır.

Məlum olduğu kimi, kənd təsərrüfatı ölkə rəhbərliyinin diqqət mərkəzindədir və ənənəvi olaraq, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tədbiri ziyarət edərək, həm yerli, həm də xarici istehsalçı və distribyutorların ən yaxşı brendləri ilə yaxından tanış oldu.

Dünya bazarının nəhəng şirkətləri, mötəbər investorlar və uzaq xarici ölkələrin tanınmış şəxslərinin sərgiyə ciddi maraq göstərməsi bu tədbirin əhəmiyyətini bir daha sübut edir. Tədbiri Azərbaycanın bir sıra nazirləri, eləcə də Belarus, Gürcüstan və Türkmənistanın müvafiq orqanlarının rəhbərləri ziyarət etdilər. Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov xüsusi olaraq qeyd etdi ki, keçirildiyi illər ərzində “CaspianAgro” sərgisi mütəxəssislərin illik görüşü ilə yanaşı, kənd təsərrüfatı üzrə texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından etibarlı platforma olduğunu sübut etmişdir.

Mötəbər tarixlər öz səmərəliliyi və zəngin statistikası ilə diqqəti cəlb edir, belə ki, bu tədbirin yubileyində xarici iştirakçıların iştirakı baxımından əhəmiyyətli artım müşahidə olunur. Bu il “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində dünyanın 34 ölkəsini təmsil edən 309 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, Qazaxıstan, Litva, BƏƏ, Rusiya, Çexiya və digər ölkələr var. Gürcüstan, Niderland Krallığı və İndoneziya öz milli pavilyonla təmsil olunurlar. Bu il kənd təsərrüfatı sektorunun müxtəlif sahələri üzrə məhsulların geniş çeşidlərini təqdim edən İtaliya şirkətləri böyük fəallıq göstərirlər. İştirakçıların üçdə bir hissəsini yenicə fəaliyyətə başlamış və öz məhsullarını ixrac etmək üçün sərgidə xarici tərəfdaşlar axtarışında olan yerli istehsalçılar təşkil edir.

Bu il kənd təsərrüfatı texnikasının ekspozisiyası geniş pavilyonu və Bakı Ekspo Mərkəzinin qarşısında açıq meydançanı əhatə edib. Burada tanınmış istehsalçıların bir sıra məhsul toplayan / şumlayan texnikası, habelə əkin maşınları və kombaynlar yerləşdirilib. Həmçinin, burada bütün torpaq növləri üçün ən yaxşı gübrələr, eləcə də bildirçindən tutmuş camışa qədər bütün lələkli və dırnaqlı heyvanlar üçün ən durumlu yemlər nümayiş olunur.

Sərgi Azərbaycan fermerlərinin peşəkar inkişaf mərhələsini uğurla nümayiş etdirib, belə ki, burada nəhəng istehsalçıların populyar brendləri çərçivəsində quşçuluq fabrikləri üçün vacib avadanlıqlar, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar və s. bu kimi məhsullar nümayiş olunurdu. Ən yaxşı istehsalçılar tərəfindən təqdim olunan istixana avadanlıqları da daim maraq doğurur. Builki sərginin fərqləndirici cəhəti isə “Elektron kənd təsərrüfatı” və “Laboratoriya avadanlıqları” adlı iki tamamilə yeni sektor oldu.

Hər bir yubiley proqramda ziyarətçiləri əyləndirmək üçün maraqlı layihələr və kreativ ideyalar nəzərdə tutulur. Bu baxımdan, təşkilatçılar bu tapşırığın da öhdəsindən uğurla gəldilər! Belə ki, sərgi mərkəzinin lobbisində üzüm şirəsinin çəkilməsi üzrə çoxmərhələli və əyləncəli yarış keçirildi - “İnadkarın ram edilməsi” adlı italyan filminin məşhur səhnəsini uğurla və milli koloritlə təkrarlayan bu yarışda bütün arzu edənlər iştirak edirdilər və bir çox ziyarətçi şirəli üzüm çəlləklərində rəqs edərkən, özünü haqlı olaraq əsil şərabçı kimi hiss etdi!

Ənənəvi olaraq, “CaspianAgro” sərgisinə təşkil olunan işgüzar turlar Azərbaycanın onlarla bölgəsindən sahibkar və fermerləri cəlb etdi. Bu tədbirdə Bərdə, Qəbələ, Hacıqabul, Quba, Gəncə, Zaqatala, İsmayıllı, Kürdəmir, Lənkəran, Sabirabad, Şəki, Xaçmaz və ölkənin bir sıra digər rayonlarının kənd təsərrüfatı sektorunu təmsil edən ekspertlər iştirak edirdilər. Beləliklə, “СaspianAgro 2016” sərgisi bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri, fermerlər, kənd təsərrüfatı məhsullarının distribyutorları, balıq təsərrüfatı və un istehsal edən zavodların sahibləri, habelə Azərbaycanda kənd təsərrüfatının inkişafına maraq göstərən və bu prosesdə fəal iştirak edən insanların görüş yerinə çevrildi!

Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “CEO” (“Caspian Event Organisers”) şirkəti çıxış edir.

 

bütün xəbərlər





QEYDİYYAT SPONSORU
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2020 21/09/2020
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA



Caspian Agro is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek